Azərbaycan ilin ilk beynəlxalq yarışında mübarizəyə başlayır

24 Yanvar 2019 16:12 Cüdo 495
Azərbaycan ilin ilk beynəlxalq yarışında mübarizəyə başlayır

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə ilin ilk beynəlxalq yarışı – Qran Pri start götürəcək.

Sportinfo.az xəbər verir ki, turnirdə Azərbaycanı 12 kişi və 6 qadın tatami ustası təmsil edəcək.

İlk yarış günündə onlardan 9-u qüvvəsini sınayacaq və hamısı mübarizəyə 1/16 finaldan başlayacaqlar.

Kişilərin 60 kq çəki dərəcəsi üzrə mübarizəsində Rəşad Yelkiyevlə Rövşən Əliyev iştirak edəcək. Onlar ilk görüşlərində müvafiq olaraq israilli Alon Aharon və sloveniyalı Matyaj Trboviçlə qarşılaşacaq.

66 kq-da Orxan Səfərov türkmənistanlı Məhəmməd Kossekov, İbrahim Əliyev isə ABŞ idmançısı Koul Çandlerlə üz-üzə gələcək.

Qadınların yarışında 48 kq çəkidə yarışan Leyla Əliyevanın ilk rəqibi rumıniyalı Aleksandra Popdur. Eyni çəkidə yer alan Aişə Qurbanlı isə ispaniyalı Sinte Qarsiya Mesa ilə görüşəcək.

52 kq-da Gültac Məmmədəliyeva finlandiyalı Katri Kakko, Buyankişiq Purevsuren isveçrəli Fabienne Koxerlə qarşılaşacaq. İçinxorlo Munxtsedev isə 57 kq çəkidə israilli Şaked Amihay ilə üz-üzə gələcək.

Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Murad Fətiyev (81 kq) yanvarın 25-də, Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kinderzka (+78 kq) isə ertəsi gün yarışacaq. Qran Pridə 53 ölkədən 379 idmançı mübarizə aparır. Turnirin mükafat fondu 100 min dollardır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!