Cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında

21 Yanvar 2019 09:36 Cüdo 470
Cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında

1990-cı il qanlı Yanvar faciəsindən 29 il ötməsinə baxmayaraq, bu tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub.

Şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il insan axını Şəhidlər xiyabanına üz tutur.

Bu il də yüz minlərlə insan şəhidlərimizi yad etdi.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və kollektivi də Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad etdilər.

Məşqçilər, idmançılar, eləcə də cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoydular.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!