İTV Bakıda keçiriləcək Qran-prini yayımlayacaq - FOTO

19 Yanvar 2019 10:12 Cüdo 580
İTV Bakıda keçiriləcək Qran-prini yayımlayacaq - FOTO

Bakıda keçiriləcək paracüdo üzrə “Qran-pri” yarışı İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Sportinfo.az xəbər verir ki, bununla bağlı ilkin razılıq Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovla İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımov arasındakı görüşdə əldə olunub.

Görüş zamanı komitənin rəhbəri Azərbaycanda paralimpiya hərəkatı, bu sahədə görülən işlərlə bağlı məlumat verib.

O qeyd edib ki, ölkədə sağlamlıq imkanları məhdud olan insanların idmanla məşğul olmaları, yerli və beynəlxalq yarışlara qatılmaları üçün şərait yaradılıb.

Rəhimov minlərlə azərbaycanlının paralimpiya hərəkatına qoşulduğunu və beynəlxalq yarışlarda medallar qazandıqlarını vurğulayıb.

Öz növbəsində, İTV-nin baş direktoru Azərbaycanda paralimpiya hərəkatını izlədiyini qeyd edib və ölkə idmançıların uğurlarından söz açıb.

O bildirib ki, telekanal sosial layihələrə hər zaman diqqətlə yanaşır və fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyaları üçün həyata keçirilən bütün işləri dəstəkləyir.

13-14 mayda keçiriləcək Qran Priyə 43 ölkədən 250 paracüdoçu qatılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!