Azərbaycan yığması beynəlxalq təlim-məşq toplantısında

13 Yanvar 2019 16:12 Cüdo 481
Azərbaycan yığması beynəlxalq təlim-məşq toplantısında

Avstriyanın Mittersill şəhərində cüdo üzrə ənənəvi beynəlxalq təlim-məşq toplantısı keçirilir.

Sportinfo.az xəbər verir ki, toplantıda dünyanın 52 ölkəsinin atletləri ilə yanaşı, Azərbaycan cüdoçuları da iştirak edirlər.

Mittersill toplanışına bu dəfə də olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri qatılıblar.

Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenkonun başçılığı altında gündə 2 dəfə məşq edərək, gələcəkdə keçiriləcək mötəbər yarışlara hazırlaşırlar.

Beynəlxalq təlim-məşq toplanışı yanvarın 15-dək davam edəcək. Azərbaycan cüdoçuları ötən il 39 beynəlxalq yarışda 177 medal qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!