Rövnəq Abdullayevin 2018-ci ildə gördüyü işlərin nəticəsi - VİDEO

30 Dekabr 2018 23:48 Cüdo 525
Rövnəq Abdullayevin 2018-ci ildə gördüyü işlərin nəticəsi - VİDEO

2018-ci il Azərbaycan cüdosu üçün əlamətdar hadisələr və nailiyyətlərlə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, cüdoçularımız iştirak etdikləri 39 beynəlxalq yarışda 177 medal qazanıblar.

Bunlardan 48-i qızıl, 46-sı gümüş, 83-ü isə bürünc olub. Bakıda keçirilən dünya çempionatında 124 ölkədən 755 cüdoçu mübarizə aparıb və tanınmış idman mütəxəssisləri mundialın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

Bu il yeniyetmə və gənc cüdoçularımızın da parlaq qələbələri diqqət çəkib. Yeniyetmələrin Olimpiadasında Vüqar Talıbovun qızıl medal qazanması, gənclərin dünya birinciliyində Azərbaycan finalının baş tutması cüdomuzun inamlı gələcəyindən xəbər verir.

Daha əvvəl Azərbaycan Cüdo Federasiyasının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!