Yeniyetmələrin "Sərhədçi"də açıq paytaxt birinciliyi sona yetdi

16 Dekabr 2018 09:13 Cüdo 576
Yeniyetmələrin "Sərhədçi"də açıq paytaxt birinciliyi sona yetdi

“Sərhədçi” olimpiya idman mərkəzində yeniyetmə cüdoçuların açıq Bakı birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 3 gün davam edən rəqabətdə 56 klubdan 562 nəfər arasında 9 çəkidə qaliblər müəyyənləşib.

Qızlarda Xumar Qasımzadə (36 kq), Nəzakət Hüseynova (40 kq), Lətifə Abbasova (44 kq), Fatimə Məmmədli (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Səma Əliyeva (63 kq), Ləman Hüseynova (70 kq), Nərmin Əmirli (+70 kq); oğlanlarda Nihad Xəlilov (46 kq), Sadiq Cəlalov (50 kq), Yunus Yunusov (55 kq), Turan Bayramov (60 kq), Nahid İsmayılov (66 kq), Elcan Hacıyev ( 73 kq), Adil Adilzadə ( 81 kq), Ruslan Nəsirli ( 90 kq) və Məhəmməd Məmmədov (+90 kq) bütün rəqiblərinə qalib gəliblər.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına ACF, BŞGİBİ-in medal və diplomları təqdim olunub. Sonda ölkə cüdosunun inkişafında xidmətləri olan, əməkdar məşqçi Zaur Rəcəbliyə 50 illik yubileyi münasibəti ilə federasiyanın xüsusi hədiyyəsi təqdim olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!