FOTO - Azərbaycan millisinin üzvü “World Masters”i uddu

15 Dekabr 2018 15:48 Cüdo 693
FOTO - Azərbaycan millisinin üzvü “World Masters”i uddu

Azərbaycan cüdoçusu Rüstəm Orucov “World Masters” turnirinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı finalda kanadalı Artur Marjelidonu məğlub edib.

Orucov yarımfinalda Cənubi Koreyadan olan Çan-Qrim Anomu üstələyib. Rüstəm mübarizəyə 1/8 finaldan başlayıb və ardıcıllıqla iranlı Məhəmməd Məhəmmədi ilə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib.

İki gün davam edəcək turnirdə Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya tatami üzərinə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM