Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq turniri keçirildi

11 Dekabr 2018 00:00 Cüdo 667
Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq turniri keçirildi

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən beynəlxalq cüdo turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan yarışda kiçik yaşlı yeniyetmələr medallar uğrunda mübarizə aparıb.

Beynəlxalq turnirdə Azərbaycanın 30-dan çox şəhər və rayonunun cüdoçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Ukrayna, Qırğızıstan komandaları da yarışıblar.

Sayca 7-ci olan turnirə 500-dən çox yeniyetmə cüdoçu qatılıb. Fərqlənən idmançılara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM