Azərbaycan Avropa Cüdo Birliyinin 70-ci konqresində təmsil olundu

4 Dekabr 2018 11:12 Cüdo 477
Azərbaycan Avropa Cüdo Birliyinin 70-ci konqresində təmsil olundu

Litvanın Kaunas şəhərində Avropa Cüdo Birliyinin (EJU) 70-ci Konqresi keçirilib.

Sportinfo.az xəbər verir ki, konqresə qitənin 37 ölkəsinin cüdo qurumlarının rəsmiləri qatılıb.

Azərbaycanı tədbirdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı təmsil edib. Toplantıda EJU-nun prezidenti Sergey Soloveyçik çıxış edərək bu idman növünün olimpiya hərəkatının inkişafındakı rolundan danışıb.

Qitə cüdo təşkilatının rəhbəri 2019-cu ildə də idman, təhsil və inzibati məsələlərlə bağlı tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Konqresə dəvət olunan qonaqlar arasında Beynəlxalq Cüdo Federasiyasının baş katibi Jan-Luk Roge də yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?