Yığma üzvləri mükafatsız qaldı

24 Noyabr 2018 08:00 Cüdo 524
Yığma üzvləri mükafatsız qaldı

Cüdo üzrə ölkə çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.

Son yarış günü kişi və qadınlar 4 çəki dərəcəsində üzrə qalib və mükafatçıların adlarına aydınlıq gətiriblər. 66 kiloqramda Orxan Səfərov ölkə çempuionluğunu bayram edib. Orxan finalda Afiq Səfərliyə qalib gəlib.

Bu çəkidə mübarizə aparmış milli komandanın üzvü Rüstəm orucov isə təsəlliverici mərhələdə Fəqan Quluzadəyə məğlub olaraq mükafatçılar siyahısına düşə bilməyib.

Çəkisi 100 kiloqrama qədər olan cüdoçuların yarışında da gözlənilməz nəticə qeydə alınıb. Bu çəkidə qüvvəsini sınamış milli komandanın aparıcı üzvü Elmar Qasımov bürünc medal uğrunda görüşdə Sənan Əhmədova uduzub.

Fəxri kürsünün birinci pilləsinə isə finalda Kənan Abdulxanlını üstələmiş Süleyman Yaqubov qalxıb. Ən ağırların yarışında Şahin Qəhrəmanov favorit olduğunu bird aha sübuta yetirib.

Qəhrəmanov son qarşılaşmada Dünya çempionatının gümüş medalçısı Uşanqi Kokaurini məğlubiyyətə uğradıb. Qadınların yarışında isə Gültac Məmmədəliyeva, Nuranə Muradova və Günel Həsənli respublika çempionatının ali mükafatlarına yiyələniblər.

Komanda hesabında ilk üç yer müvafiq olaraq "Neftçi", "Dinamo" və "Cüdo 2012" klubları tutub. Qeyd edək ki, Azərbaycan çempionatında hakim idarəçiliyinə Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin başçısı Aleksandr Yatskeviç nəzarət edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!