Daşkənd qran-prisi davam edir - Orucov 3-cü mərhələdə dayandı

12 Noyabr 2018 00:00 Cüdo 596
Daşkənd qran-prisi davam edir - Orucov 3-cü mərhələdə dayandı

Cüdo üzrə Daşkənd qran prisində bugün 1 həmyerilimiz tatami üzərinə çıxıb.

Sportinfo.az xəbər verir ki, Bakıda təşkil olunmuş dünya çempionatından sonra çəkisini dəyişərək 81 kq kateqoriyasına keçmiş Rüstəm Orucov debütdə Tacikistan idmançısı Cahangir Məcidovu məğlub edib.

REAL-ın məlumatına görə, həmyerlimiz ikinci mərhələdə polşalı Damian Şvarnovetskini üstələyib. 3-cü görüşünü Avstriya bayrağı altında çıxış edən Şamil Borçaşviliyə qarşı keçirən Orucov rəqibinin fəndləri qarşısında aciz qalıb.

Bununla da təmsilçimiz qran-pridə mükafat qazanmaq şansını itirib. Rüstəm Orucov 73 kiloqram çəki dərəcəsində 1 dəfə Avropa çempionu, 2 dəfə qran-pri qalibi olub.

Bununla yanaşı, İslam Həmrəylik oyunları və Bakıda keçirilmiş böyük dəbilqə seriyalı turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daşkənd qran-prisində isə hələki yığma komandamızın üzvlərindən təkcə Nicat Şıxəlizadə 66 kiloqram çəki dərəcəsində medal qazanmağa müvəffəq olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM