Elxan Məmmədov Rəşad Sadıqovla arasındakı SÖHBƏTİ AÇDI - VİDEO

2 Noyabr 2018 18:48 Cüdo 933
Elxan Məmmədov Rəşad Sadıqovla arasındakı SÖHBƏTİ AÇDI - VİDEO

Azərbaycan cüdo millisinin məşqçisi Elxan Məmmədov “CBC Sport”da yayımlanan "İmza" verilişində iştirak edib.

Sportinfo.az xəbər verir ki, o, müsahibəsi zamanı Elmar Qasımovla münasibətlərinin pis olmasından danışıb.

Məmmədov Qasımovun 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 3-cü yer uğrunda görüşdə ona qalib gəlməsindən sonra “i am number one from Azerbaijan” (Mən Azərbaycanın bir nömrəsiyəm) deməsini yaxşı qarşılamadığını bildirib:

“Hər kəs kim olduğunu göstərir. Mən deyə bilmərəm ki, o, niyə belə etdi? İnsanın içini bilmək olmur.

Sözümü demişəm ona. Heç nə yaddan çıxmır. Münasibətlərə pis təsir edən hərəkətlər lazım deyil. Hər kəsə hörmət etmək lazımdır”.

Məşqçi həmçinin futbola olan münasibətindən və Rəşad Sadıqovla söhbətlərindən danışıb:

“Azərbaycanda “Qarabağ”a azarkeşlik edirəm. Qurban Qurbanova təşəkkür edirəm ki, futbolumuz üçün böyük işlər görüb.

Rəşad Sadıqovla da münasibətlərimiz yaxşıdır. Arada mənə deyir ki, “bəsdir, yaş çoxdur”. Ona da cavab verirəm ki, “elə sənin üçün də bəsdir, yaşlısan””.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!