Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatının mükafatçıları Darya Beloded və Georgi Zantaraya Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Sportinq” ilə müqavilə bağlayıb.
Sportinfo.az xəbər verir ki, ukraynalı idmançılarla sözləşmənin müddəti 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər nəzərdə tutulub.
Onların klub yarışlarında “Sportinq”i təmsil edəcəkləri bildirilir. 48 kq çəki dərəcəsində çıxış edən D.Beloded Bakıda rekorda imza atıb.
O, 17 yaş 11 ay 10 günlüyündə dünya çempionu olmaqla, böyüklər arasında bu adı qazanan ən gənc cüdoçu olub. 66 kq çəkidə yarışan G.Zantaraya isə bürünc medal qazanıb.
“Qarabağ” səfərdə “Sportinq”ə 0:2 hesabı ilə uduzub. Bu komandalar arasında növbəti oyun noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

