Qitə birinciliyində mübarizə aparacaqlar - Azərbaycan cüdoçuları

15 May 04:40 Cüdo 422
Qitə birinciliyində mübarizə aparacaqlar - Azərbaycan cüdoçuları

Azərbaycan cüdoçuları mayın 16-dan 17-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək kata üzrə Avropa çempionatında çıxış edəcəklər.

Sportinfo.az xəbər verir ki, qitə yarışında kata üzrə son ölkə birinciliyinin qalibləri Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) ölkəmizi təmsil edəcəklər.

Cüdoçular gənclər arasında "nage-no-kata" proqramı üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Beynəlxalq turnirdə 26 ölkədən 346 idmançı mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!