Azərbaycan 18 ölkə arasında ikinci pillədə qərarlaşdı - FOTOLAR

10 May 04:00 Cüdo 416
Azərbaycan 18 ölkə arasında ikinci pillədə qərarlaşdı - FOTOLAR

Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə milli komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb.

Mükafatların üçü -66 kq çəki dərəcəsində əldə olunub. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Elşən Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medala sahib çıxıb. Digər bürünc medallara Babarəhim Mirzəyev (-60 kq) və Rüfət Şövlətov (-73 kq) yiyələniblər.

Sabah başa çatacaq beynəlxalq turnirdə Azərbaycan medalların əyarına görə 18 ölkə arasında ikinci pillədə qərarlaşıb.




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı