Azərbaycanın Avropa kubokunda yarışacaq cüdoçuları ONLARDIR

03:20 Cüdo 108
Azərbaycanın Avropa kubokunda yarışacaq cüdoçuları ONLARDIR

9–10 may tarixlərində Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycanı 9 çəki dərəcəsində 26 cüdoçu (23 kişi, 3 qadın) təmsil edəcək.

Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Beynəlxalq turnirdə 17 ölkədən 208 idmançı (150 kişi, 58 qadın) mübarizə aparacaq.

Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Rəşad Əliyev, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev də yer alacaq.

Azərbaycan millisinin heyəti belədir:

Kişilər

-60 kq

Babarəhim Mirzəyev

Murad Əliyev

Murad Muradlı

Məhəmməd Məmişov

Şamo Hüseynov

-66 kq

Yaşar Nəcəfov

Hüseyn Allahyarov

Zahir Ağazadə

İslam Rəhimov

Nizami İmranov

Bəhram Qurbanlı

Elşən Əsədov

Nazir Talıbov

-73 kq

Nadir İmanov

Rüfət Şövlətov

Nəriman Mirzəyev

Elton İmranov

-90 kq

Xəyyam Əliyev

-100 kq

Nihad Şıxəlizadə

Əjdər Bağırov

Şahin Əsədov

Elmar Qasımov

+100 kq

Qurban Məmmədli

Qadınlar

-48 kq

Diana Tçkayeva

-57 kq

Ülviyyə Bayramova

+78 kq

Madina Kaisinova

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti