Rəşid Məmmədəliyev bürünc medal əldə etdi - "Böyük Dəbilqə"də

3 May 03:20 Cüdo 418
Rəşid Məmmədəliyev bürünc medal əldə etdi -

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən R.Məmmədəliyev yarışda üçüncü yeri tutub.

Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur.

Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO