Qarabağın işğaldan azad olunmuş torpaqlarında ilk rəsmi tədbir keçirildi

30 Aprel 04:50 Cüdo 559
Qarabağın işğaldan azad olunmuş torpaqlarında ilk rəsmi tədbir keçirildi

Aprelin 29-da Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə işğaldan azad olunmuş torpaqlarda ilk rəsmi cüdo tədbiri keçirilib.

Sportinfo.az xəbər verir ki, rayonun Horovlu kənd tam orta ümumtəhsil məktəbində kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil olunub.

İmtahanda Ağcabədi, Laçın, Tərtər, Bərdə və Cəbrayıldan olan 47 cüdoçu iştirak edib.

İdmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran cüdoçulara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda onların motivasiyasının artmasına xidmət edir. Bu mərhələ həm də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"