"Səhvə yol verdiyim"

17 Aprel 08:20 Cüdo 507
"Səhvə yol verdiyim"

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tibilisidə keçirilən Avropa çempionatında ümidləri doğruldub.

Sportinfo.az xəbər verir ki, bunu idmançı özü jurnalistlərə açıqlamasında deyib.

O, bürünc medal qazandığı üçün sevincli olduğunu dilə gətirib:

"Bu gün sevincimin həddi yoxdur. Medalı özüm üçün uğurlu nəticə hesab edirəm.

Əslində milliyə son anda dəvət aldım. Komanda yoldaşım Ruslan Paşayev zədələndiyi üçün heyətə dəvət aldım.

Gürcüstan hər dəfə mənim üçün düşərli olur. Ötən dəfə burada "Böyük Dəbilqə" turnirində bürünc medal qazanmışdım.

Əslində bu dəfə birinci yeri tuta bilərdim. Amma səhvə yol verdiyim üçün qızıl medal qazana bilmədim".

Turan Bayramov üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"