"Ruslanın zədəsi ciddi deyil" - Federasiyadan məlumat verildi

05:00 Cüdo 67
"Ruslanın zədəsi ciddi deyil" - Federasiyadan məlumat verildi

Azərbaycanın cüdo millisinin üzvü Ruslan Paşayevin zədəsi ciddi deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

66 kq çəki dərəcəsində çıxış edən idmançı məşq zamanı zədələnib. Buna baxmayaraq, onun durumunun ağır olmadığı bildirilir.

Həkimlərin rəyinə əsasən, Ruslan Paşayevin mayda məşqlərə qayıtması gözlənilir.

Ruslan Paşayev böyüklər arasında Avropa çempionatını zədəsi səbəbindən buraxacaq. Onun əvəzinə eyni çəkidə mübarizə aparan Turan Bayramov yığmanın heyətinə daxil edilib.

Qitə birinciliyi aprelin 16-dan 19-dək Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti