"Abşeron”un legioneri xəstəxanaya aparıldl - Onda nə aşkarlandı?

6 Aprel 00:08 Cüdo 618
"Abşeron”un legioneri xəstəxanaya aparıldl - Onda nə aşkarlandı?

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün XX turunda - "Sabah"la oyunda zədələnən "Abşeron Lions"un amerikalı basketbolçusu Ceylon Şounun durumu bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın dördüncü periodunda xərəkdə meydanı tərk edən oyunçu dərhal xəstəxanaya aparılaraq müayinədən keçirilib.

Aparılan tibbi yoxlamalar nəticəsində basketbolçunun dizində sümük zədəsi, meniskində yerdəyişmə və ön çarpaz bağında qismən qopma aşkarlanıb.

Oyunçunun müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.

Bakı İdman Sarayında keçirilən qarşılaşma "Sabah"ın 105:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!