"Avropa Kubokunda iştirakçıların sayının artmasını istəyirik"

04:50 Cüdo 84
"Avropa Kubokunda iştirakçıların sayının artmasını istəyirik"

Azərbaycan Cüdo Federasiya (ACF) ölkəmizdə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda iştirakçı ölkələrin sayının artmasını istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə ACF prezidentinin müşaviri Natiq Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi bu gün Gəncə İdman Sarayında start götürən turnirlə bağlı fikirlərini bölüşüb:

"Gəncədə cüdo bayramıdır. Bu yarış milli komanda üçün seçim xarakteri daşıyır.

Cüdoçularımızdan medallar gözləyirik. Özlərini göstərə bilən idmançılar istər Avropa, istərsə də dünya birinciliyində iştirak şansı əldə edəcəklər".

N.Bağırov Belarus idmançılarının buraya gəlişində rolunun olduğunu sözlərinə əlavə edib:

"Daha əvvəl bu ölkənin cüdo millisinin baş məşqçisi olmuşam. Onların Azərbaycandakı yarışa qatılması sevindirici haldır. Avropa Kubokunda iştirakçıların sayının artmasını istəyirik".

Avropa Kuboku aprelin 5-də başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti