Azərbaycanlı yeniyetmələr ilk gündə 13 medal qazandı - Avropa Kuboku

5 Aprel 04:40 Cüdo 584
Azərbaycanlı yeniyetmələr ilk gündə 13 medal qazandı - Avropa Kuboku

Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunun ilk gününü 13 medalla başa vurublar.

Sportinfo.az xəbər verir ki, onlardan 1-i qızıl, 4-ü gümüş, 8-i bürünc əyarlıdır.

Rza Xəlilov (55 kq) qızıl, İbrahim Talıbov, (55 kq), Fərid Rzazadə (50 kq), Fatimə Fərmanzadə (48 kq), İlkin Qarayev (66 kq) gümüş mükafata sahib çıxıblar.

Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq), Sənan Piriyev (66 kq), Sunay Salamova (40 kq), Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (48 kq), Zəhra Mövlamverdiyeva ilə Nərgiz Ağamirzəzadə (hər ikisi 52) bürünc medal qazanıblar.

Gəncə İdman Sarayında təşkil olunan Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"