36 nəfərlik Azərbaycan millisinin Antalya toplanışı başa çatdı

15 Yanvar 2022 01:40 Cüdo 634
36 nəfərlik Azərbaycan millisinin Antalya toplanışı başa çatdı

Türkiyənin Antalya şəhərində 20 ölkədən 300 cüdoçunun iştirakı ilə baş tutan təlim-məşq toplanışına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkil etdiyi təlimlərdə Azərbaycan millisi 36 nəfərlik heyətlə iştirak edib.

​Təlim-məşq toplanışının əsas məqsədi 28-30 yanvar tarixlərində Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə qran-pri və 5-6 fevral tarixlərində Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirinə hazırlıqdır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"