Dünya çempionatında 12 cüdoçumuz mübarizə aparacaq

6 İyun 2021 00:00 Cüdo 860
Dünya çempionatında 12 cüdoçumuz mübarizə aparacaq

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı start götürəcək.

Sportinfo.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, olimpiadaya lisenziya xarakterli çempionatda Azərbaycanı 12 cüdoçu təmsil edəcək.

Kişilərin yarışında Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Zelim Tkçayev (81 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) təmsil edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var