
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Qalatasaray”la oyunu ilə bağlı gözləntilərindən danışıb.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu turnirdə yerlərini qorumağın vacib olduğunu bildirib:
“Turnirdəki yerimizi qorumaq və Avropanın ən yaxşı klubları ilə oynamaq bizim üçün vacibdir. Qrupdan çıxa bilməsək, çox məyus olacağıq”.
“Qalatasaray” – “Mançester Yunayted” görüşü bu gün saat 21:45-də start götürəcək.