
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportinfo.az xəbər verir ki,ilk gündə üç görüş keçiriləcək.
Türkiyə çempionu “Qalatasaray” Norveç təmsilçisi “Molde”ni sınağa çəkəcək.
Səfərdə baş tutan ilk matçda minimal fərqlə qalib gələn İstanbul nəhənginin qrupa vəsiqə qazanmaq üçün doğma azarkeşləri önündə məğlub olmaması kifayət edəcək.
Mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.
29 avqust
23:00. “Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç)
İlk oyun – 3:2
23:00. “Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya)
İlk oyun – 1:2
23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail)
İlk oyun – 0:0