ÇL-də həftənin ən yaxşı oyunçusu açıqlandı - Yosip İliçiç

13 Mart 2020 16:56 Çempionlar Liqası 735
ÇL-də həftənin ən yaxşı oyunçusu açıqlandı - Yosip İliçiç

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində ilk həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu ada “Atalanta”nın hücumçusu Yosip İliçiç layiq görülüb.

Sloveniyalı forvard UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. O, “Valensiya” üzərində 4:3 hesablı qələbə qazanılan qarşılaşmada pokerə imza atmışdı.

İliçiç digər namizədlər -Marsel Sabitzer (“Leypsiq”), Xuan Bernat (PSJ) və Yan Oblakdan (“Atletiko”) üstün olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi