Buffon Van der Sarı keçdi, Kasilyasa çata bilmədi

12 Dekabr 2019 18:14 Çempionlar Liqası 953
Buffon Van der Sarı keçdi, Kasilyasa çata bilmədi

“Yuventus”un Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Almaniya səfərində “Bayer”ə qalib gəlməsi (2:0) Turin klubunun veteran qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı qolkiper Çempionlar Liqasında 51-ci dəfə qapıısını toxunulmaz saxlaya bilib.

İtalyan qolkiper bununla da sabiq niderlandlı qapıçı Edvin van der Sarı geridə qoyub. "Mançester Yunayted"in keçmiş üzvü Çempionlar Liqasında 50 görüşdə qol buraxmayıb. "Quru oyun"lar seriyasının lideri isə dünya və Avropa çempionu İker Kasilyasdır - 57 dəfə.

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu