Paşinyan: "Azərbaycanla münasibətlərin normallaşdırılması üçün...”

20 Oktyabr 2023 03:40 Problem 815
Paşinyan: "Azərbaycanla münasibətlərin normallaşdırılması üçün...”

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlandığını açıqlayıb.

O, bu barədə Litva Nazirlər Kabinetinin rəhbəri İnqrida Şimonite ilə birgə brifinq zamanı danışıb.

Onun sözlərinə görə, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlər zamanı dövlətlər arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb.

Paşinyan qeyd edib ki, danışıqlar Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə aparılıb.

“Bu, Qranadada imzalanmış dördtərəfli bəyanatda da öz əksini tapıb”, - Paşinyan əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı