Messidən növbəti rekord: Ronaldo və Raulu geridə qoydu

28 Noyabr 2019 15:34 Çempionlar Liqası 3 637
Messidən növbəti rekord: Ronaldo və Raulu geridə qoydu

Uğurlardan və rekordlardan doymayan "Barselona"nın lideri Lionel Messi növbəti fərdi tarixi yazıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu yeni rekorda Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun Dortmund "Borussiya"sı (3:1) ilə ev görüşündə imza atıb.

Katalonların ikinci qolunu vuran Messi bu turnirdə 34 fərqli klubun qapıçısını məyus edən ilk futbolçu kimi tarixə düşüb. Argentinalı bu göstəricidə əsas rəqibi Kriştiano Ronaldo, həmçinin əfsanəvi ispan Raul Qonzalesi (33 klub) arxada qoyub.

Digər Xəbərlər
Xəbər Lenti