Yayda Premyer Liqanı tərk edəcək ilk komanda məlum oldu

22 Aprel 01:40 İngiltərə 561
Yayda Premyer Liqanı tərk edəcək ilk komanda məlum oldu

2025/26 mövsümünün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda məlum olub.

Sportinfo.az xəbər verir ki, bu, "Vulverhempton"dur.

33-cü turda “Vest Hem”in “Kristal Pelas”la heç-heçə etməsindən (0:0) sonra 20-ci pillədə yer alan “Vulverhempton”un elitada qala bilməyəcəyi dəqiqləşib.

17 xalla 20-ci pillədə olan “canavarlar” sona beş tur qalmış hər oyunda qalib gəlsə belə, autsayderlər zonasından çıxa bilməyəcək.

Rob Edvardsın komandası yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

2025/26 mövsümünün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda məlum olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?