"Turan Tovuz"un yarımmüdafiəçisi Roberto Olabe Premyer Liqanın 28-ci turunda "Araz-Naxçıvan"ı məğlub etdikləri matçdan (3:0) sonra Sportinfo.az-a açıqlama verib.
- Qələbə barədə nələr deyə bilərsən?
- Çox çətin oyun idi. Belə olacağını gözləyirdik. Birinci hissə rəqibin qol vurmaq üçün bir neçə imkanı oldu. İkinci yarıda vəziyyəti dəyişə bildik.
- Artıq "Turan"ın avrokuboklara vəsiqə qazandığını demək olar?
- Hazırda çempionatı düşünmürük. Qarşıdan gələn "Zirə" ilə matçı fikirləşirik. Çox istəyirik ki, finala çıxaq. Mövsümün ən vacib oyununa çıxacağıq.
- İlk oyundakı məğlubiyyətdən sonra geridönüş üçün inam qalır?
- Əlbəttə. Meydana turu keçmək üçün çıxacağıq.
XANOĞLAN İMANOV

