“Azərbaycanda komandaların sayı çoxalır, qarşıda hədəflərimiz var”

02:50 Voleybol 77
“Azərbaycanda komandaların sayı çoxalır, qarşıda hədəflərimiz var”

Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi ölkədə bu idman növünün inkişafına tam əmindir.

Sportinfo.az xəbər verir ki, bunu qurumun prezidenti Şahin Bağırov deyib.

Qurum rəsmisi ölkədə voleybolun inkişafını yüksək qiymətləndirib:

"Bütün idmançılara təşəkkür edirəm. Çempionat boyu əzmkarlıq göstərdilər.

Ölkəmizdə idman fəaliyyətində əldə olunmuş nailiyyətlər Azərbaycan üçün uğurdur. Komandaların sayı çoxalır. Artıq ölkədə 170-dən artıq komanda mövcuddur.

Qarşıda hədəflərimiz var. Ölkə rəhbərliyi tərəfindən idmana xüsusi diqqət ayrılır.

Azarkeşlərə minnətdarlığımı bildirirəm. Onların burada olması idmançılar üçün motivasiyadır. Çempionat boyu media nümayəndələri də davamlı olaraq yarışı işıqlandırdılar.

Azərbaycanda voleybolun inkişafına tam əminəm. Komandalar çox yaxşı oyun göstərdilər. Hər birinə uğurlar arzulayıram".

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi "Turan" olub. "DH Volley" ikinci, "Gəncə" üçüncü olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 18:10 Çək və bizə göndər!