Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma olacaq.
Sportinf/.az xəbər verir ki, PSJ Fransada “Liverpul”u qəbul edəcək.
Digər oyunda isə İspaniya təmsilçiləri “Barselona” və “Atletiko” üz-üzə gələcək.
1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl “Bayern” Madriddə “Real”a 2:1, “Arsenal” isə Lissabonda “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib.
23:00. PSJ (Fransa) – Liverpul (İngiltərə)
23:00. Barselona (İspaniya) – Atletiko (İspaniya)

