Azərbaycan çempionatında yeni klub, böyük uğur - VİDEO

20:20 Voleybol 83
Azərbaycan çempionatında yeni klub, böyük uğur - VİDEO

“Azərlotereya”nin sponsoru olduğu “DH Volley” (“Demirören Holdinq”) komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb.

Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.

Qızıl medal uğrunda keçirilən oyunda “DH Volley” komandası “Turan” komandası ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın nəticəsində “Turan” birinci yerə layiq görülüb, “DH Volley” ikinci yeri tutaraq gümüş medal qazanıb.

Qaliblərə medal və kuboklar təqdim edilib, həmçinin liqanın ən yaxşı oyunçuları və rəmzi komandası açıqlanıb.

Qadın voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular arasında “DH Volley”in üzvləri də yer alıb. “Ən yaxşı toppaylayıcı” Natalia Gajewska, “Ən yaxşı hücumçu” Alla Alekumova, “Ən yaxşı diaqonal oyunçu” isə Katerina Jidkova seçilib.

AVF prezidenti Şahin Bağırov Yüksək Liqada çıxış edən bütün idmançılara, Gənclər və İdman Nazirliyinə, eləcə də aidiyyəti qurumlara, azarkeşlərə, media nümayəndələrinə və sponsorlara, xüsusilə də “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirörenə Azərbaycan voleyboluna verilən böyük töhfəyə görə təşəkkür edib.

Mükafatlandırma mərasimində “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören də “DH Volley” üzvlərini bu böyük uğur münasibətilə təbrik edərək qısa müddətdə əldə edilən müvəffəqiyyətin böyük zəhmətin və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bildirib.

"Sportinfo TV" bu barədə videosüjet hazırlayıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti