Azərbaycan Premyer Liqasının 28-ci turunda keçirilən “Zirə” - “Neftçi” (1:1) matçının yan xətt hakimi Namiq Hüseynov qarşılaşmadan sonra gözlənilməz durumla qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, teleqraf-ın əldə etdiyi məlumata görə, onun avtomobilinə ziyan vurulub.
Belə ki, laynsman hakimlərin paltardəyişmə otağından ayrılıb stadionu tərk etmək istəyərkən, bahalı avtomobilinin yad cisimlə cızıldığını görüb. Nəticədə o, xeyli ziyana düşüb.

Naməlum şəxslər tərəfindən atılan bu addımın matçda verilən qərarlarla əlaqədar olduğu ehtimal olunur. Zərərçəkən şəxs hadisə ilə bağlı polisə məlumat verib.
Sözügedən matçda “Neftçi” 1:0 öndə olsa da, 90+5-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirib. “Neftçi” tərəfi və azarkeşlər “Zirə”nin cavab qolunda qayda pozuntusu olduğunu bildirərək hakimə etiraz edib.
Nəticədə hakimin qərarına etiraz edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub, köməkçisi Dmitro Kara Mustafa qarşısında qırmızı vərəqə görüb.


