Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblər barədə danışan PSJ-nin baş məşqçisi Luis Enrike “Qarabağ”la qarşılaşmaq istədiklərini bildirib.
Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan ispan mütəxəssis bu barədə fikirlərini deyib:
“Əgər pley-offa çıxmağın nə qədər çətin olduğunu bilən bir komanda varsa, o da bizik. Həm “Monako”, həm də “Qarabağ”la qarşılaşmağa hazırıq. Görəcəyik.
Ümid edirəm ki, bu, Fransa komandası olmayacaq. Çünki fransızlara qarşı oynamaqdan bezmişik.
Başqa ölkəyə gedib “Qarabağ”la oynamaq daha yaxşıdır. Çətin səfər oyunlarına öyrəşmişik”.
Azərbaycan çempionu pley-off mərhələsində ya PSJ, ya da “Nyukasl”la qarşılaşacaq.
Püşkatma sabah keçiriləcək.

