“Çempionlar Liqasına vəsiqə qazanmaq üçün 74 xal toplamalıyıq”

“Çempionlar Liqasına vəsiqə qazanmaq üçün 74 xal toplamalıyıq”

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri komandasının 2025/2026 mövsümündə çempionluq şanslarını qiymətləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubun əsas məqsədinin Çempionlar Liqasına vəsiqə qazanmaq olduğunu və “İnter”in çox inamlı, güclü göründüyünü bildirib:

“Riyazi olaraq ilk dördlükdə yer almağı təmin etdiyimiz zaman daha irəli baxacam.

Amma hazırda Çempionlar Liqasına vəsiqə qazanmaq üçün 74 xal toplamalıyıq və “İnter” hazırkı formada 88-86 (xal olaraq) hesabı ilə qalib gələcək. Bu, sadəcə riyaziyyatdır”.

“Milan” 21 turdan sonra 46 xalla ikinci yerdədir və lider “İnter”dən üç xal geri qalır. Komanda növbəti matçında turnir cədvəlində 4-cü yerdə qərarlaşan “Roma” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?