"Mən "Qarabağ”da hücumçu Duranı çox bəyənirəm"

24 Fevral 02:40 Çempionlar Liqası 45
"Mən "Qarabağ”da hücumçu Duranı çox bəyənirəm"

“Qarabağ”da hücumçu Kamillo Duranı çox bəyənirəm, o sürətlə arxadan hücum edən real təhlükədir və qol vurmaq qabiliyyəti var.

Bu oyuna qədər onları heç vaxt kiçik görməmişik”.

Sportinfo.az xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

Mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib:

“Qarabağ"a qarşı ilk oyun cari mövsüm əldə etdiyimiz ən yaxşı nəticə idi.

Düşünürəm ki, heyətə baxacağıq və güclü heyət seçməyə çalışacağıq. Sabah qalib gəlmək istəyirik”.

Qarşılaşma Bakı vaxti ilə saat 00:00-da İngiltərədə baş tutacaq. Tərəflər arasında ilk görüş ingilislərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 18:50 Çək və bizə göndər!
24 Fevral 03:20 Tacikistana da uduzduq
24 Fevral 02:20 “Allaha şükür edirəm"