Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" və "Nyukasl" üz-üzə gəlib.
İngiltərə təmsilçisi ilk hissədə 5 qol vurub və bu qollardan dördünə Entoni Qordon imza atıb.
Sportinfo.az "OptaJoe"ya istinadən xəbər verir ki, "Nyukasl"ın hücumçusu Çempionlar Liqası tarixində bir oyunun ilk hissəsində dörd qol vuran ikinci futbolçu olub.
Daha öncə oxşar rekorda 2014-cü ilin oktyabrında Donetsk "Şaxtyor"unun heyətində BATE ilə oyunda Luis Adriano imza atıb
Bu komandalar arasında cavab matçı Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

