Həftənin rəmzi komandasında onlar var - Çempionlar Liqasında

Həftənin rəmzi komandasında onlar var - Çempionlar Liqasında

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA bu oyunlarda özünü ən yaxşı tərəfdən göstərən futbolçulardan ibarət rəmzi yığmanı təqdim edib.

Siyahıda ulduz futbolçularla yanaşı, sürpriz adlar da yer alıb.

Həftənin rəmzi komandası aşağıdakı kimidir:

Qapıçı: Yan Oblak ("Atletiko")
Müdafiəçilər: Davide Dzappakosta ("Atalanta"), Odin Byortuft ("Bodo/Qlimt"), Edmond Tapsoba ("Bayer"), Ueston Makkenni ("Yuventus")
Yarımmüdafiəçilər: Aurelien Tçaumeni ("Real"), Sandro Tonali ("Nyukasl"), Kasper Hoq ("Bodo/Qlimt"), Xviça Kvaratsxeliya (PSJ)
Hücumçular: Aleksandr Sorlot ("Atletiko"), Viktor Osimhen ("Qalatasaray")

"Brügge" ilə matçda het-trik edən norveçli hücumçu Aleksandr Sorlot UEFA tərəfindən həftənin ən yaxşı futbolçusu seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti