Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə 1/8 final cütlükləri müəyyənləşib
Türkiyə təmsilçisi "Qalatasaray" "Liverpul"a rəqib olub.
"Qarabağ"ı "pley-off"da mübarizədən kənarlaşdıran "Nyukasl" isə 1/4 final uğrunda "Barselona" ilə mübarizə aparacaq.
1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.
1/8 final cütlükləri
"Bayer” (ALmaniya) - "Arsenal" (İngiltərə)
“Qalatasaray” (Türkiyə) - “Liverpul” (İngiltərə)
PSJ (Fransa) - “Çelsi” (İngiltərə)
"Bodo-Qlimt” (Norveç) - “Sportinq” (Portuqaliya)
“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
“Nyukasl" (İngiltərə) - “Barselona” (İspaniya)
“Atletiko” (İspaniya) - "Tottenhem” (İngiltərə)
“Atalanta” (İtaliya) - "Bavariya” (Almaniya)

