Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları başlayıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə “Nyukasl”la üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub.
İlk oyunda İngiltərə klubu böyükhesablı qələbə qazanıb – 6:1. Beləliklə, "Qarabağ" ÇL-lə vidalaşıb.
“Atletiko” Madriddə “Brügge”ni qəbul edib və qalib gəlib. Tərəflərin ilk oyununda qalib müəyyənləşməmişdi – 3:3.
"İnter" Norveçdə 1:3 hesabı ilə uduzduğu "Bodo-Qlimt"ə öz meydanında da yenilib - 1:2.
"Olimpaikos" isə Yunanıstanda uduzduğu (0:2) "Bayer"lə bu dəfə Almaniyada heç-heçə edib.
Nəticədə "Nyukasl", "Atletiko", "Bodo-Qlimt" və "Bayer" 1/8 finala adlayıblar.
21:45 "Atletiko" (Madrid, İspaniya) – "Brügge" (Belçika) - 4:1
Qollar: Sorlot, 23, 76, 87, Kardoso, 48 - Ordonez, 36
İlk oyun 3:3
00:00 "Bayer" (Almaniya)– "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun 2:0
00:00 "İnter" (İtaliya) – "Bodo-Qlimt" (Norveç) - 1:2
Qollar: Bastoni, 76 - Hoq, 58, Evjen, 72
İlk oyun 1:3
00:00 "Nyukasl" (İngiltərə) – "Qarabağ" (Azərbaycan) - 3:2
Qollar: Tonali, 4, Joelinton, 6, Botman, 52 - Duran, 51, Cəfərquliyev, 57
İlk oyun 6:1
25 fevral
21:45."Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 0:2
00:00.PSJ (Fransa) - "Monako" (Fransa)
İlk oyun - 3:2
00:00."Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə)
İlk oyun - 2:5
00:00."Real" (İspaniya) - "Benfika" (Portuqaliya)
İlk oyun - 1:0

