Həftənin ən yaxşı futbolçusu bəlli oldu - Çempionlar Liqasında

26 Fevral 22:00 Çempionlar Liqası 229
Həftənin ən yaxşı futbolçusu bəlli oldu - Çempionlar Liqasında

“Atletiko”nun forvardı Aleksandr Sörlot azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu pley-off mərhələsinin cavab oyununda “Brügge” (Belçika) ilə keçirilən görüşdə (4:1) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Borveçli futbolçu səsvermədə Yens Petter Hauqe (“Bodo Qlimt”), Orelyen Tçuameni (“Real”) və Viktor Osimheni (“Qalatasaray”) qabaqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 18:10 Çək və bizə göndər!