“Neftçi”nin legioneri bizə açıqladı, söz verdi və xahiş etdi

21:20 Neftçi 119
“Neftçi”nin legioneri bizə açıqladı, söz verdi və xahiş etdi

“Neftçi” avrokuboklara vəsiqə yolunda ciddi zərbə aldı.

Premyer Liqanın 23-cü turunda “Turan Tovuz”la həyat əhəmiyyətli oyuna çıxan “ağ-qaralar” meydanı məğlub tərk etdi – 0:1.

Bununla da “Neftçi”nin yayda beynəlxalq arenalarda mübarizə aparmaq şansı ciddi mənada azaldı.

Komandanın turnir cədvəlindəki mövqeyinə baxmayaraq, bakılıların ukraynalı legioneri Andrey Ştoqrin ümidlidir.

27 yaşlı vinger Sportinfo.az-ın vasitəsi ilə azarkeşlərə söz verib:

“Avrokuboklara vəsiqə uğrunda sona qədər mübarizə aparacağıq. Qarşıda bizi 10 oyun gözləyir.

Əsas rəqiblərlə görüşlərimiz olacaq. Bu matçlardakı uğurlu nəticələrlə hədəfə çata bilərik.

Azarkeşlərə söz verirəm ki, hər oyuna qələbə üçün çıxacağıq, uğurlu nəticə üçün meydanda canımızı qoyacağıq. Bizi sona qədər dəstəkləməklərini xahiş edirəm”.

23 turdan sonra aktivində 31 xal olan “Neftçi” 7-ci pillədə qərarlaşıb.

Rəqibləri ilə müqayisədə 1 oyun az keçirən “ağ-qaralar” 4-cü pillədəki “Zirə”dən 8 xal geridə qalır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti