Azərbaycanlı “Qalatasaray”ın yarımfinal oyununa supervayzer təyin edildi

11 Mart 05:30 Voleybol 537
Azərbaycanlı “Qalatasaray”ın yarımfinal oyununa supervayzer təyin edildi

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, qurum rəsmisi qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində Türkiyənin "Qalatasaray" və Rumıniyanın "Voluntari" komandaları arasında keçiriləcək oyunda supervayzer kimi fəaliyyət göstərəcək.

Martın 11-də Türkiyədə baş tutacaq qarşılaşmanı serbiyalı Darko Saviç və litvalı Sergey Rodin idarə edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!