“Faciə, biabırçılıq, rüsvayçılıq, dəhşət, ayıbdır, ayıb” – Deməyə söz tapmadı

20:00 Müsahibə 133
“Faciə, biabırçılıq, rüsvayçılıq, dəhşət, ayıbdır, ayıb” – Deməyə söz tapmadı

“Qəbələ” “Sabah”la səfər qarşılaşmasında meydana çıxmağa peşman oldu.

Cari Premyer Liqa mövsümünün ən çox qol vurulan matçında bölgə təmsilçisi “tələbələr”in önündə 1:7 hesabı ilə darmadağın oldu.

Sportinfo.az-a müsahibə verən qonaqların almaniyalı müdafiəçisi Eduardo Kunde sualları çətinliklə də olsa, cavablandırıb.

- Bu cür məğlubiyyətə nə ad vermək olar?

- Faciə, biabırçılıq, rüsvayçılıq, dəhşət... Deməyə sözüm yoxdur. Ayıbdır, ayıb. Toparlanıb, ayağa qalxmalı və yolumuza davam etməliyik.

- 5 gün əvvəl bu rəqibə 120 dəqiqə uduzmamışdınız. Bu gün nə baş verdi?

- Bəzən başına elə iş gəlir ki, izah tapa bilmirsən. Bu da həmin hadisələrdən biridir. Nə deyəcəyimi, necə izah edəcəyimi bilmirəm. Heç kim bunu istəmirdi. Lakin futbola belə hallar qaçılmazdır. “Sabah”ın istədiyi hər şey alındı, biz isə heç nə edə bilmədik.

- Sərgilədiyiniz oyun bu nəticəyə layiq idi?

- “Sabah” möhtəşəm performans göstərir. Bu da ümumi kollektivin səviyyəsinə görədir. Sürətli hücumlar qururlar, gözlənilməz kombinasiyaları var, daim hərəkər edirlər. Bu, öz yerində. “Qəbələ” ilə “Sabah” arasında kəskin fərq olsaydı, əvvəlki iki matçda 0:1 uduzub, iki dəfə bərabərə qalmazdıq. Cari mövsümdə beşinci duelimizdə ilk dəfə belə hal yaşandı. Sadəcə bu gün heç nə edə bilmədik, komanda şəklində səhvlərə yol verdik. Sanki özümüz özümüzü quyuya saldıq.

- Bu cür darmadağından sonra “Neftçi”ylə oyuna qədər necə toparlanacaqsınız?

- Emosiyaları kənara qoyub soyuq başla düşünməli, səhvlərimizi görməli və yenidən təkrarlamamaq üçün dərs çıxarmalıyıq. Ən vacibi bu məğlubiyyəti unutmaqdır. Unutmasaq, daha da pis ola bilər.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti