Azərbaycanda hər ay 100 min manat qazanacaq - Rəsmən açıqlanmayan XƏBƏR

10:40 Milli komanda 196
Azərbaycanda hər ay 100 min manat qazanacaq - Rəsmən açıqlanmayan XƏBƏR

Azərbaycanda yeni yaradılan U-20 komandasının ilk baş məşqçisinin kimliyi müəyyənləşib.

Bu posta Rui Jorge gətirilib.

Bu milli 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.

AFFA portuqaliyalı mütəxəssisin təyinatını roəsmən açıqlasa da, müqavilənin müddəti və maliyyə anlaşmasının şərtləri barədə informasiyanı özündə saxlayıb.

Biz bu yöndə bəzi bilgiləri öyrənməyə çalışmışıq. Satımıza məlum olub ki, Rui Jorje ilə bağlanan kontraktın müddəti 1,5 ildir.

O, apreldə işinin icrasına başlayacaq və 2027-cı ilin avqustun sonunadək burada fəaliyyət göstərəcək.

Avropalı çalışdırıcı ölkəmtzdə keçirəcəyi hər aya görə 100 min manat qazanacaq.

Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib,

2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub. 2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb.

Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb.

Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti