“Borussiya”nın müdafiəçisi Premyer Liqanın iki klubunun hədəfində

12 Mart 00:20 İngiltərə 537
“Borussiya”nın müdafiəçisi Premyer Liqanın iki klubunun hədəfində

Dortmund “Borussiya”sının müdafiəçisi Yulian Ryerson yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Mançester Yunayted” maraqlanır.

“Qırmızı şeytanlar” onu heyətinə qatmaq istəyir.

Transfer uğrunda mübarizədə “Mançester Yunayted”in əsas rəqiblərindən biri “Nyukasl” ola bilər. “Sağsağanlar” da Ryersonun xidmətinə maraq göstərir.

Norveçli futbolçunun Dortmund təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə Bundesliqada 22 oyuna çıxıb, 11 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!